“Goal” “Qızıl top”a namizəd olan 20 futbolçunun adını açıqlayıb

8 May 2026 04:09
288
“Goal” “Qızıl top”a namizəd olan 20 futbolçunun adını açıqlayıb

Goal, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarından sonra 2026-cı il üçün “Qızıl top” namizədlərinin siyahısını yeniləyib.

İdman.Biz nəşrə istinadən bildirir ki, “Bavariya”nın hücumçusu Harri Keyn futbolun ən yüksək fərdi mükafatını qazanmağa namizəddir.

“Barselona” və İspaniya millisinin hücumçusu Lamin Yamal ikinci yerdədir. PSJ-nin hücumçusu Usman Dembele isə üçüncüdür.

Goal-ın “Qızıl top” mükafatına namizəd olan 20 oyunçusu (may 2026):

1. Harri Keyn (“Bavariya”, İngiltərə).
2. Lamin Yamal (“Barselona”, İspaniya).
3. Usman Dembele (PSJ, Fransa).
4. Deklan Rays (“Arsenal”, İngiltərə).
5. Maykl Olise (“Bavariya”, Fransa).
6. Kilian Mbappe (“Real Madrid”, Fransa).
7. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan).
8. Erlinq Holand (“Mançester Siti”, Norveç).
9. Vitinya (PSJ, Portuqaliya).
10. Luis Dias (“Bavariya”, Kolumbiya).
11. Qabriel Maqalyaes (“Arsenal”, Braziliya).
12. Lionel Messi (“İnter Mayami”, Argentina).
13. Kriştianu Ronaldu (“Əl-Nəsr”, Portuqaliya).
14. Bruno Fernandeş (“Mançester Yunayted”, Portuqaliya).
15. Rafinya (“Barselona”, Braziliya).
16. Vinisius Junior (“Real Madrid”, Braziliya).
17. Bukayo Saka (“Arsenal”, İngiltərə).
18. Lautaro Martinez (“İnter”, Argentina).
19. Pedri (“Barselona”, İspaniya).
20. Xulian Alvares (“Atletiko Madrid”, Argentina).

İdman.Biz