Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşəcək.
İdman.Biz xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda “Sabah” “Abşeron Lions”la qarşılaşacaq.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
“Sabah” qələbə qazanacağı təqdirdə ölkə çempionu adına sahib çıxacaq. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub edib - 98:93, 112:84.
Qeyd edək ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
