“Aston Villa”nın çalışdırıcısı Unai Emeri altıncı dəfə klubunu Avropa Liqasının finalına çıxarıb.
İdman.Biz bildirir ki, buliki yarışın yarımfinalında “Aston Villa” “Nottingem Forest”dən üstün olub – 0:1, 4:0.
Baş məşqçi kimi Emeri dörd dəfə UEFA Avropa Liqasını (UEFA Kuboku da daxil olmaqla) qazanıb.
O, bu yarışda ən çox qələbə qazanan məşqçidir: üç dəfə “Sevilya” (2014, 2015, 2016), bir dəfə “Vilyarreal”la (2021).
Emeri həmçinin 2019-cu ildə “Arsenal”ı turnirin finalına çıxarıb, lakin orada komandası “Çelsi”yə məğlub olub – 1:4. Həmin oyun Bakı Olimpiya Stadionunda keçirilib.
