“Milan” Leon Qoretskanı azad agent kimi transfer edəcək

8 May 2026 08:05
355
“Milan” Leon Qoretskanı azad agent kimi transfer edəcək

“Milan” yarımmüdafiəçi Leon Qoretskanın “Bavariya”dan ayrılmasından sonra onu transfer edəcək.

İdman.Biz bildirir ki, bu barədə ESPN jurnalisti Xavyer Rodrigez Paskual məlumat yayıb.

Alman yarımmüdafiəçi əvvəllər cari mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlamışdı. O, 2018-ci ildən bəri Münhen klubunda oynayır.

Bu mövsüm 31 yaşlı Qoretska klubun heyətində bütün yarışlarda 45 oyunda meydana çıxıb, beş qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.

Hazırda “Milan” 67 xalla A Seriyasında üçüncü yerdədir.

İdman.Biz