Almaniyanın “Bavariya” və İngiltərənin “Nyukasl Yunayted” klubları “sağsağanlar”ın hücumçusu Entoni Qordonun transferi ilə bağlı danışıqlar aparıb.
İdman.Biz-in xəbərinə görə, jurnalist Florian Plettenberq bu barədə sosial media platforması X-də məlumat verib.
Mənbənin məlumatına görə, İngiltərə Premyer Liqa klubunun ilkin tələbi 90 milyon avrodur.
Qordon üçün digər potensial namizədlərə - “Barselona”, “Arsenal” və “Liverpul”a da eyni məbləğin təklif edildiyi bildirilir. Bonuslar da daxil olmaqla faktiki transfer haqqının təxminən 75-85 milyon avro olacağı gözlənilir.
Jurnalistin sözlərinə görə, “Bavariya” ingilis oyunçu üçün bu məbləği ödəməyə hazır deyil. Buna görə də digər namizədlərlə danışıqlar davam edir.
