Bu gün futbol üzrə Misli Premyer Liqasının 31-ci turunun oyunu “İmişli” “Zirə” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 16:30-da start götürəcək qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.
“İmişli” 32 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb. 49 xala malik “Zirə” isə beşincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 31-ci tur
8 may (cümə)
16:30. “İmişli”- “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Quba OİK stadionu
Qeyd edək ki, tura mayın 10-da yekun vurulacaq.
