“Santos”un və Braziliya millisinin hücumçusu Neymar milli komanda ilə 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün çağırılan 55 oyunçudan ibarət genişləndirilmiş siyahıya daxil edilib.
İdman.Biz bu barədə “Globo”ya istinadən məlumat verir.
34 yaşlı hücumçunun turnirdə iştirakı qeyri-müəyyən olaraq qalır. 26 nəfərlik yekun heyətə daxil olmaq üçün o, hazırlıq mərhələsində fiziki hazırlığını nümayiş etdirməlidir. Milli komandanın baş məşqçisi Karlo Ançelotti oyunçunun sağalmasını və fiziki hazırlığını izləyir, lakin təyinatından bəri Neymarı rəsmi olaraq beynəlxalq oyunlara çağırmayıb.
Mənbənin məlumatına görə, ilkin siyahıya daxil edilməsi Neymarın yekun heyətdə yer almasına zəmanət vermir. Onun dünya çempionatında iştirakı ilə bağlı qərar yaxın həftələrdə fiziki hazırlığının qiymətləndirilməsinə əsasən veriləcək.
