Messi karyerasının 907-ci qolunu vurub

10 May 2026 03:13
258
Messi karyerasının 907-ci qolunu vurub

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də “Toronto FC” ilə oyunda (4:2) bir qol vurub və iki məhsuldar ötürmə edib.

İdman.Biz xəbər verir ki, 38 yaşlı argentinalı futbolçunun karyerasında 907 qolu var. O, “Barselona”da 672, Argentina millisində 116, “İnter Mayami”də 87 və “Pari Sen-Jermen”də 32 qol vurub. Messi həmçinin 410 məhsuldar ötürmə edib.
Hücumçu bu mövsüm MLS-də 11 oyunda doqquz qol və üç məhsuldar ötürmə edib.

“Əl-Nəsr”də oynayan Kriştianu Ronaldu klublar və Portuqaliya millisi üçün karyerasında 971 qol vurub.

İdman.Biz