Qvardiola “Siti”nin “Brentford”u necə məğlub etdiyini izah edib

10 May 2026 01:27
157
Qvardiola “Siti”nin “Brentford”u necə məğlub etdiyini izah edib

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 36-cı turunda “Brentford”a qarşı keçirilən oyunda komandasının qələbəsini şərh edib.

İdman.Biz bildirir ki, matç 3:0 hesabı ilə bitib.

“Çox çətin rəqibdir. “Brentford” bunu bu mövsüm, harada oynamalarından asılı olmayaraq dəfələrlə göstərib. Keçidlər, standart hissələr, atışlar... İlk dəqiqələrdə çətinlik çəkdik, amma bundan sonra çox yaxşı oyun sərgilədik, xüsusən də ilk hissədə sol cinahda. İkinci hissədə isə hər iki cinahda.

Jeremi Doku (bu matçda qol vuran oyunçu - red.) bir çox cəhətdən görkəml oyunçudur. İkinci hissədə cərimə meydançasına daha çox oyunçu göndərdik. Buna görə də ilk hissədə qol vurmaqda çox çətinlik çəkdik. Sonda gözəl nəticə əldə etdik və yolumuza davam etdik”, - Qvardiola deyib.

İdman.Biz