İngiltərə Premyer Liqasının 36-cı turunda “Fulhem”i 1:0 hesabı ilə məğlub edən “Bornmut” İngiltərə çempionatında məğlubiyyətsiz seriyasını 16 oyuna çatdırıb.
İdman.Biz xəbər verir ki, “albalılar”ın bu seriyası yanvar ayında Premyer Liqanın 21-ci turunun “Tottenhem” (3:2) ilə oyunu ilə başlayıb.
Bundan sonra “Brayton” (1:1) ilə oyunda heç-heçə qeydə alınıb. Daha sonra “Bornmut” “Liverpul” (3:2), “Vulverhempton” (2:0), “Aston Villa” (1:1), “Everton” (2:1), “Vest Hem” (0:0), “Sanderlend” (1:1), “Brentford” (0:0), “Börnli” (0:0), “Mançester Yunayted” (2:2), “Arsenal” (2:1), “Nyukasl Yunayted” (2:1), “Lids Yunayted” (2:2), “Kristal Palas” (3:0) və “Fulhem”lə oyunlar keçirib.
“Albalılar” növbəti oyunlarını 19 mayda “Mançester Siti” ilə keçirəcəklər.
55 xalla “Bornmut” Premyer Liqanın turnir cədvəlində altıncı yerdədir.
