Bundesliqa: “RB Leypsiq” qələbə qazanaraq üçüncü yeri təmin edib

9 May 2026 19:55
114
Bundesliqa: “RB Leypsiq” qələbə qazanaraq üçüncü yeri təmin edib

Almaniya Bundesliqasının 33-cü turunun “RB Leypsiq” və “Sankt-Pauli” komandaları arasında keçirilən oyun başa çatıb. “Leypsiq” oyunu 2:1 hesabı ilə qazanıb. Oyun “Leypsiq” stadionunda baş tutub.

Ksaver Şlager 45-ci dəqiqədə hesabı açaraq “RB Leypsiq” komandasına üstünlük qazandırıb. Villi Orban 54-cü dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Qonaqlardan isə 86-cı dəqiqədə Abduli Sisay qol vurub.

Bu oyundan sonra “RB Leypsiq” 65 xalla Bundesliqanın turnir cədvəlində üçüncü, “Sankt-Pauli” isə 26 xalla 17-ci yerdədir.

Digər oyunlardan “Ştutqart” və “Bayer” arasındakı matçı qeyd etmək yerinə düşər. Qələbəyə (3:1) baxmayaraq, “Ştutqart” (61 xal) “RB Leypsiq”lə arasındakı 4 xal fərqini aradan qaldıra bilməyərək 4-cü yerdən yuxarı qalxa bilməyəcək.

Üçüncü yerə daha bir iddialı "Hoffenhaym" öz meydançasında “Verder” üzərində qələbə qazanıb - 1:0. Lakin “Hoffenhaym” (61 xal) da “Ştutqart” kimi artıq “RB Leypsiq”ə çata bilməyəcək.

Turun daha bir oyununda “Auqsburq” “Borussiya Mönhenqladbax”dan üstün olub - 3:1.

İdman.Biz