“Real Madrid”in qapıçısı Tibo Kurtua İspaniya La Liqasının 35-ci turunda “Barselona” ilə oyuna hazırlıq zamanı komanda yoldaşı Kilian Mbappeni az qala zədələyəcəkdi.
İdman.Biz bildirir ki, komandalar mayın 10-u, bazar günü Barselonadakı “Kamp Nou” stadionunda oynayacaqlar.
Məşq zamanı zamanı belçikalı qapıçı topu geri almağa çalışarkən az qala hücumçunun üzünə təpik vuracaqmış. Fransız oyunçu zərbədən yayınmağı bacarıb.
Daha əvvəl “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde “Los Blancos”un məşqi zamanı kəllə-beyin travması almışdı. Medianın məlumatına görə, uruqvaylı futbolçu komanda yoldaşı Orelyen Tçuameni ilə dalaşıb. “Real Madrid” daha sonra hər iki oyunçunu 500 min avro cərimələyib.
