“Mançester Siti” qələbə sayəsində “Arsenal”la aradakı fərqi azaldıb - YENİLƏNİB + VİDEO

9 May 2026 22:44
1 253
“Mançester Siti” qələbə sayəsində “Arsenal”la aradakı fərqi azaldıb

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 36-cı turunun “Mançester Siti” və “Brentford” arasında keçirilən oyunu başa çatdı. “Şəhərlilər” 3:0 hesabı ilə qalib gəlib. Oyun Mançesterdəki “Etihad” stadionunda baş tutub.

60-cı dəqiqədə Jeremi Doku “Siti”ni irəli çıxarıb. Erlinq Holand 75-ci dəqiqədə ikinci qolu vurub. 90+2-ci dəqiqədə Omar Marmuş hesabı 3:0 edib.

Bu oyundan sonra “Mançester Siti” 74 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci, “Brentford” isə 51 xalla səkkizinci yerdədir. “Arsenal” isə 76 xalla turnir cədvəlinə başçılıq edir.

20:37

“Sanderlend” və “Mançester Yunayted” arasında keçirilən 2025/26 mövsümünün 36-cı tur matçı başa çatıb. Final fitində hesab 0:0 olub.

Bu oyundan sonra “Sanderlend” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla 12-ci yerdə, “Mançester Yunayted” isə 65 xalla üçüncü yerdədir.

Beləliklə, nəzəri olaraq dördüncü yerdəki “Liverpul”un (59 xal) “Mançester Yunayted”ə çatmaq şansları var.

Turun digər oyunlarında “Brayton” “Vulverhempton”u darmadağın edib – 3:0. “Fulhem” isə “Bornmut”a məğlub olub – 0:1.

17:46

İngiltərə Premyer Liqasının 36-cı turunun mərkəzi qarşılaşmalarından biri keçirilib.

İdman.Biz xəbər verir ki, “Liverpul” doğma meydanda “Çelsi”ni qəbul edib.

Görüşdə hesabı erkən qolla meydan sahibləri açıblar. Matçın 6-cı dəqiqəsində Rayan Qravenberk fərqlənərək komandasını hesabda önə keçirib.

London təmsilçisi isə 35-ci dəqiqədə cavab qolunu vurub. Enzo Fernandesin dəqiq zərbəsi hesabı bərabərləşdirib - 1:1.

Qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib və komandalar meydandan hərəyə bir xalla ayrılıblar.

Qeyd edək ki, bu heç-heçədən sonra “Liverpul” turnir cədvəlində dördüncü, “Çelsi” isə doqquzuncu pillədə qərarlaşıb.

İdman.Biz