“Marsel” düşərgəsində intizamsızlıq: Futbolçuların hərəkəti gündəm oldu

9 May 2026 11:57
167
“Marsel” düşərgəsində intizamsızlıq: Futbolçuların hərəkəti gündəm oldu

Fransanın “Olimpik Marsel” klubunun futbolçuları təlim-məşq bazasında insidentlə gündəmə gəliblər.

İdman.Biz xəbər verir ki, klub rəhbərliyi Liqa 1-in son iki turu öncəsi komandanın birliyini gücləndirmək məqsədilə dörd günlük daxili toplanış təşkil edib.

Lakin düşərgənin son günündə bir neçə futbolçu bazada qeyri-adi “əyləncə” təşkil edib.

Bildirilir ki, oyunçular otaqlarda çarpayıların yerini dəyişib, ətrafı dağıdıb və rəhbər şəxslərin qaldığı otaqda yanğınsöndürən balondan istifadə ediblər. Hadisə klub əməkdaşlarını təəccübləndirib.

Qeyd edək ki, insidentlə bağlı klub tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

İdman.Biz
Məqalədə: