“Yuventus” “Leççe”ni məğlub edərək turnir cədvəlində “Milan”ı keçib - YENİLƏNİB + VİDEO

10 May 2026 00:43
1 204
“Yuventus” “Leççe”ni məğlub edərək turnir cədvəlində “Milan”ı keçib

İtaliya A Seriyası mövsümünün 36-cı turunun “Leççe” və “Yuventus” komandaları arasında keçirilən oyun başa çatıb. Oyun Leççedəki “Stadio Ettore Giardinero - Via Del Mare” stadionunda oynanılıb. Hakim Andrea Kolombo olub.

Qonaq komanda 1:0 hesabı ilə qalib gəlib.

Dusan Vlahoviç yeganə qolu vurub. Turinli hücumçu oyunun əvvəlində, ilk dəqiqədə qol vurub.

“Leççe” 36 oyundan 32 xalla İtaliya çempionatının turnir cədvəlində 17-ci yerdədir. “Yuventus” 68 xalla “Milan”ı (67) qabaqlayaraq üçüncü yerdədir. “Rossoneri”nin ehtiyatda bir oyunu da var.

22:05

İtaliya A Seriyası mövsümünün 36-cı turunun “Latsio” və “İnter” arasında keçirilən oyun başa çatıb. Oyun Romadakı “Stadio Olimpiko” stadionunda baş tutub. Oyun “qara-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk qolunu altıncı dəqiqədə qonaq hücumçu və kapitan Lautaro Martinez vurub. İlk hissənin sonlarında, 39-cu dəqiqədə Petar Suçiç milanlıların ikinci qolunu vurub. 76-cı dəqiqədə Henrix Mxitaryan yekun hesabı müəyyən edib.

36 oyundan sonra “Latsio” 51 xalla Serie A turnir cədvəlində səkkizinci yerdədir. Çempionluğu təmin edən “İnter” 85 xalla birinci yerdədir.

Qeyd etmək lazımdır ki, dörd gündən sonra, 13 mayda komandalar İtaliya Kubokunun finalında yenidən qarşılaşacaqlar.

19:31

İtaliya çempionatının 36-cı turunda “Udineze” komandası səfərdə “Kalyari”ni 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, Adam Buksa 56-cı dəqiqədə qol vurub. İdrissa Queye isə son dəqiqələrdə yekun hesabı müəyyən edib.

“Udineze” 50 xal qazanaraq A Seriyasının turnir cədvəlində doqquzuncu yerə yüksəlib. “Kalyari” 37 xalla 15-ci yerdədir.

İdman.Biz