“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu oldu - VİDEO

9 May 2026 23:15
195
“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu oldu

Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, lider “Qalatasaray” “Antalyaspor”u qəbul edib.

Matç 4:2 hesabı ilə İstanbul təmsilçisinin xeyrinə bitib.

Qolları “Qalatasaray”dan Mario Lemina (56), Viktor Osimhen (66, 88) və Kaan Ayhan (90+5), “Antalyaspor” Soner Dikmen (45+3, 62) vurublar.

Beləliklə, “Qalatasaray” 77 xal toplayaraq sona bir tur qalmış 26-cı dəfə çempion olub.

İkinci yerdəki “Fənərbağça” da bu turda qələbə qazanıb. İstanbullilar səfərdə “Konyaspor”u məğlub ediblər – 3:0.

Qolları Fred (13, 71) və Arçi Braun (56) vurublar.

“Fənərbağça” 73 xalla gümüş medalları özünə təmin edib.

Üçüncü yerdəki “Trabzonspor” səfərdə dördüncü yerdə olan “Beşiktaş”la qarşılaşıb. Oyun 2:1 hesabı ilə Trabzon təmsilçisinin xeyrinə qurtarıb.

Hesabı “Beşiktaş”dan Orkun Kökçü 14-cü dəqiqədə açıb. 15-ci dəqiqədə Aleksandr Zubkov hesabı bərabərləşdirib. 62-ci dəqiqədə Ernest Muçi yekun hesabı müəyyən edib.

“Trabzonspor” 69 xalla üçüncü, “Beşiktaş” isə 59 xalla dördüncü yerdədir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Göztəpə” – “Qaziantep” – 2:1
“Eyüpspor” – “Rizespor” – 4:0
“Kocaelispor” – “Fatih Karagümrük” – 0:1
“İstanbul Başakşehir” – “Samsunspor” – 3:0
“Alanyaspor” – “Kayserispor” – 3:1
“Gənclərbirliyi” – “Kasımpaşa” – 3:2.

Bu nəticələrə görə, hərəyə 27 xal toplamış “Kayserispor” və “Fatih Karagümrük” Superliqanı tərk edirlər.

İdman.Biz