“Sanderlend” “Mançester Yunayted”in qələbə seriyasına son qoyub

9 May 2026 21:10
114
“Sanderlend” “Mançester Yunayted”in qələbə seriyasına son qoyub

İngiltərə Premyer Liqasının 36-cı turunda “Mançester Yunayted” və “Sanderlend” komandaları arasında oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz bildirir ki, bununla “qara pişiklər” “qırmızı şeytanlar”ın ardıcıl üç Premyer Liqa qələbə seriyasına son qoyublar.

“Mançester Yunayted” daha əvvəl “Çelsi”ni (1:0), “Brentford”u (2:1) və “Liverpul”u (3:2) məğlub etmişdi.

Bu oyundan sonra “Sanderlend” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla 12-ci, “"Mançester Yunayted” isə 65 xalla üçüncü yerdədir

İdman.Biz