Azərbaycan Premyer Liqası: “Qəbələ” “Qarabağ” ilə üz-üzə

9 May 2026 09:41
135
Azərbaycan Premyer Liqası: “Qəbələ” “Qarabağ” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 31-ci turunun oyunu “Qəbələ” “Qarabağ” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

“Qəbələ” 26 xalla turnir cədvəlinin on birinci pilləsində yer alıb. 62 xala malik “Qarabağ” isə ikincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 31-ci tur
9 may (şənbə)
17:00. “Qəbələ” - “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ şəhər stadionu

Qeyd edək ki, tura mayın 10-da yekun vurulacaq.

İdman.Biz