Bruno Fernandeş İngiltərədə ilin oyunçusu seçilib

9 May 2026 04:13
191
Bruno Fernandeş İngiltərədə ilin oyunçusu seçilib

“Mançester Yunayted”in kapitanı və yarımmüdafiəçisi Bruno Fernandeş Futbol Jurnalistləri Assosiasiyasının (FWA) “İlin Oyunçusu” seçilib.

İdman.Biz bildirir ki, təşkilatın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.

Fernandeş 900 FWA üzvü tərəfindən keçirilən səsvermədə qalib gəlib. Portuqaliyalı yarımmüdafiəçi mükafatı 19 mayda Londonda keçiriləcək illik mərasimdə alacaq.

İkinci yeri Deklan Rays (“Arsenal”), üçüncü yeri isə Erlinq Holand (“Mançester Siti”) tutub.

Fernandeş bu mövsüm bütün yarışlarda 34 oyunda meydana çıxıb, səkkiz qol vurub və 21 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz