Fransa Liqa 1 mövsümünün 33-cü turunda “Lans” və “Nant” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun Lansdakı “Stad Bollaert-Delelis” stadionunda oynanılıb və 1:0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.
79-cu dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Mezian Soareş oyunun yeganə qolunu vurub.
Fransa liqasında 32 oyundan sonra “Lans” 67 xalla ikinci yerdədir. PSJ 31 oyunda 70 xalla turnir cədvəlinə başçılıq edir. 23 xalla “Nant” isə 17-ci yerdədir və artıq Liqa 1-də qalmaq şansını itirib.
