Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi qarşıdan gələn dünya çamöionatının favoritləri ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz bıdirir ki, Argentina hazırkı dünya çempionudur.
“Başa düşməliyik ki, bizdən başqa yarışa daha yaxşı formada yaxınlaşan digər favoritlər də var.
Fransa yenidən çox güclüdür, çoxlu sayda yüksək səviyyəli oyunçusu var. İspaniya və Braziliya da var. Sonuncu bir müddətdir ən yaxşı oyununu göstərməsə də, həmişə iddialıdır. Düşünürəm ki, Portuqaliyanın da çox rəqabətli bir komandası var”, - deyə Messi jurnalist Pollo Alvarezlə müsahibəsində bildirib.
