“Real Madrid” rəsmi saytında yarımmüdafiəçilər Federiko Valverde və Orelyen Tçuameniyə 500.000 avro cərimə tətbiq etdiyi barədə açıqlama yayıb.
İdman.Biz xəbər verir ki, 7 may tarixində yarımmüdafiəçilər Federiko Valverde və Orelyen Tçuameni arasında məşq zamanı baş verən şifahi mübahisənin soyunma otağında davaya səbəb olduğu bildirilib. Dava nəticəsində uruqvaylı oyunçu başından xəsarət alıb və xəstəxanaya aparılıb.
“Real Madrid” Futbol Klubu bildirir ki, oyunçularımız Federiko Valverde və Aurelien Çouameniyə qarşı intizam icraatının başlanmasına səbəb olan hadisələrlə əlaqədar olaraq bu gün istintaq məmurunun qarşısına çıxıblar.
Çıxışlar zamanı oyunçular baş verənlərə görə tam peşman olduqlarını bildiriblər və bir-birlərindən üzr istəyiblər.
Onlar həmçinin klubdan, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyiblər və hər ikisi klubun uyğun hesab etdiyi hər hansı bir cəzanı qəbul etməyə razı olublar.
Bu halları nəzərə alaraq, “Real Madrid” hər bir oyunçuya 500.000 avro məbləğində maliyyə cəriməsi tətbiq etmək qərarına gəlib və bununla da müvafiq daxili prosedurları yerinə yetirib", - deyə açıqlamada bildirilir.
