“Bavariya”nın və Kanada millisinin müdafiəçisi Alfonso Devis zədə alıb.
İdman.Biz xəbər verir ki, futbolçu PSJ-yə qarşı Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda (1:1) sol ayağının arxa bud əzələsindən xəsarət alıb. O, ikinci hissədə meydana daxil olub və qarşılaşmanı sona qədər davam etdirib.
Məlumata görə, Devisin bu zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan kənar qalacağı bildirilib.
Qeyd edək ki, 23 oyunda 1 qol vuran 23 yaşlı futbolçu Kanada millisinin kapitanıdır və komanda 2026-cı il dünya çempionatının ev sahiblərindən biridir. Kanada B qrupunda Bosniya və Herseqovina, Qətər və İsveçrə ilə mübarizə aparacaq. İlk oyun 12 iyunda keçiriləcək.
