“Ayaks” Slotdan imtina edib Mişelə yönəldi

8 May 2026 17:46
102
“Ayaks” Slotdan imtina edib Mişelə yönəldi

İspaniyanın “Jirona” futbol komandasının baş məşqçisi Mişel Sançes Niderlandın “Ayaks” futbol klubunun əsas namizədi olub.

İdman.Biz xəbər verir ki, Amsterdam təmsilçisi yayda yeni baş məşqçi təyinatı üçün əsas diqqəti Mişelə yönəldib. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, Arne Slotla bağlı xəbərlərə baxmayaraq, “Ayaks” üçün prioritet namizəd məhz “Jirona”nın çalışdırıcısıdır.

Məlumatda “Ayaks”ın mümkün problem yaranacağı halda üç nəfərlik qısa siyahı hazırladığı da bildirilir. Amsterdam klubunda baş məşqçi məsələsi mövsümün sonunda yenidən gündəmə gəlib.

Mişelin “Jirona” ilə müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir.

İdman.Biz