İngiltərənin “Mançester Yunayted” futbol komandasının sabiq hücumçusu Ueyn Runi Maykl Karrikin klubun növbəti baş məşqçisi olmaq şanslarını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, Runi Karrikin “Mançester Yunayted”ə rəhbərlik etməsini zaman məsələsi sayır. O, gənc ingilis mütəxəssislərə münasibətin hər zaman müsbət olmadığını da vurğulayıb. BBC-yə istinadən yayılan məlumatda Runinin Karriki klub üçün doğru namizəd hesab etdiyi qeyd olunur.
“Bəli, məncə, məsələ onun baş məşqçi olub-olmayacağında yox, bunun nə vaxt baş verəcəyindədir. Sadəcə, o, gənc ingilis mütəxəssisdir və çoxlarının gözündə bu, həmişə müsbət qəbul olunmur. Amma Maykl Karrik ağıllıdır, o, həqiqətən yaxşı məşqçidir. Düşünürəm ki, hər şey düzgün getsə, bu komandaya istədiyi qədər rəhbərlik edə bilər”, - deyə Runi söyləyib.
