Haykinin Dünya Çempionatı arzusu təhlükədə

8 May 2026 18:13
142
Haykinin Dünya Çempionatı arzusu təhlükədə

Norveçin “Budö-Qlimt” futbol komandasının qapıçısı Nikita Haykin 2026-cı il Dünya Çempionatında Norveç millisinin heyətində çıxışı sual altındadır.

İdman.Biz xəbər verir ki, FIFA 30 yaşlı qolkiperin Norveç millisində oynamaq üçün federasiya dəyişikliyi ilə bağlı müraciətini rədd edib. Bu barədə “Sportbox” məlumat yayıb.

FIFA Haykinin yeni ölkəni təmsil etmək üçün tələb olunan davamlı yaşayış müddəti şərtinə uyğun gəlmədiyini hesab edir. Qaydaya əsasən, 18 yaşdan yuxarı futbolçu yeni federasiyanı təmsil etmək üçün həmin ölkədə ən azı beş il fasiləsiz yaşamalıdır.

Haykin 2019-cu ildən “Budyo-Qlimt”də çıxış edir. Lakin 2023-cü ildə qısa müddətə İngiltərənin “Bristol Siti” futbol klubuna keçməsi onun Norveçdə fasiləsiz yaşayış müddətini kəsib. Bu səbəbdən müddət onun “Budyu-Qlimt”ə qayıdışından sonra yenidən hesablanır və qapıçı Norveç millisində ən tez 2028-ci il Avropa Çempionatı ərəfəsində oynamaq hüququ qazana bilər.

Norveç millisinin baş məşqçisi Stole Solbakken Haykinlə bağlı son qərarı gözlədiklərini bildirib. Onun sözlərinə görə, FIFA icazə verməsə, qapıçı Dünya Çempionatı üçün ilkin heyətə salına bilməz. Norveç Futbol Federasiyası isə FIFA ilə dialoqu davam etdirir.

Haykin aprel ayında Norveç vətəndaşlığı alıb. “Reuters” həmin vaxt onun potensial olaraq 2026-cı il Dünya Çempionatı üçün Norveç millisinin heyətinə düşə biləcəyini yazırdı, lakin bunun üçün FIFA-nın federasiya dəyişikliyini təsdiqləməsi tələb olunurdu.

İdman.Biz