Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda uduzub

8 May 2026 19:05
176
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda uduzub

16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzub

İdman.Biz xəbər verir ki, komanda Rumıniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə görüşdə 1:7 hesabı ilə uduzub.

Daha əvvəl yığma Litvaya 1:4 hesabı ilə məğlub olmuşdu.

Görüşlər Binə stadionunda keçirilir.

Xatırladaq ki, U-16 mayın 11-də, saat 12:00-da Gürcüstan komandası ilə üz-üzə gələcək.

İdman.Biz