“Sabah”a çempionluq kubokunun təqdim olunacağı tarix müəyyənləşib

8 May 2026 17:37
127
“Sabah”a çempionluq kubokunun təqdim olunacağı tarix müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi olan “Sabah” komandasına çempionluq kubokunun təqdim ediləcəyi tarix müəyyənləşib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt klubuna kubok və qızıl medalların mayın 17-də - Azərbaycan Premyer Liqasının 32-ci turunun “Neftçi” ilə oyunundan sonra verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu olub. Komanda mövsümün başa çatmasına üç tur qalmış 75 xalla turnir cədvəlinə başçılıq edir.

İdman.Biz