İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Orelyen Tçuameni “Barselona”ya qarşı “El-Klasiko”da iştirak edə biləcək.
İdman.Biz xəbər verir ki, Madrid klubu fransalı futbolçunu heyətdən kənarlaşdırmaq fikrində deyil. “El Pais”in məlumatına görə, “Real Madrid” Tçuameni və Federiko Valverde ilə bağlı idman cəzası tətbiq etməyi planlaşdırmır. Klub hər iki futbolçuya iri məbləğdə pul cəriməsi kəsməyə hazırlaşır.
Valverde baş nahiyəsindən aldığı xəsarətə görə “Barselona” ilə oyunu buraxacaq. Tçuameni isə baş məşqçi Alvaro Arbeloanın sərəncamında olacaq.
Xatırladaq ki, Valverde ilə Tçuameni arasında məşq zamanı gərginlik olub və münaqişə paltardəyişmə otağında da davam edib. Hadisədən sonra klubun baş direktoru Xose Anxel Sançesin rəhbərliyi ilə komanda daxilində təcili toplantı keçirilib.
