“Bournemouth” klubunun 21 yaşlı futbolçusu Aleksa Ximenes barəsində ciddi ittihamlar irəli sürülüb.
İdman.Biz xəbər verir ki, 15 yaşlı bir qız futbolçu ilə apardığı yazışmaları internetdə paylaşıb.
İddialara əsasən, Ximenes onun yaşını bildiyi halda onunla ünsiyyət qurub. Paylaşılan yazışmalarda futbolçunun qıza yazdığı mesajlardan biri xüsusilə diqqət çəkir. Həmin mesajda onun görüş təklifi ilə yanaşı, qızın yaşı ilə uyğun olmayan məzmunlu, əxlaqsız ifadə işlətdiyi iddia olunub.
Hadisə ilə bağlı “Bournemouth” klubu dərhal araşdırma başladıb və futbolçunu müvəqqəti olaraq komandanın oyunlarından kənarlaşdırıb.
Qeyd edək ki, Ximenes bir il əvvəl də oxşar qalmaqalla gündəmə gəlmişdi. O zaman sosial şəbəkədə tanımadığı bir qıza cinsi xarakterli təklif etdiyi iddia edilən yazışmalar yayılmışdı.
