Qvardiola Premyer Liqada ayın məşqçisi seçildi

8 May 2026 19:21
103
Qvardiola Premyer Liqada ayın məşqçisi seçildi

Pep Qvardiola Premyer Liqada ayın ən yaxşı məşqçisi seçilib.

İspan məşqçinin rəhbərliyi altında “Mançester Siti” aprel ayında keçirdiyi üç oyundan üçündə - “Çelsi”yə (3:0), “Arsenal”a (2:1) və “Börnli”yə (1:0) qarşı qələbə qazanıb.

“Nottinqem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt ən yaxşı oyunçu seçilib. İngilis futbolçu aprel ayında keçirilən üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib, o cümlədən “Börnli”yə qarşı 4:1 hesablı qələbədə het-trik edib.

İdman.Biz