“Borussiya Dormund” qələbə qazanaraq ikinci yeri təmin edib - VİDEO

9 May 2026 00:33
115
“Borussiya Dormund” qələbə qazanaraq ikinci yeri təmin edib

Almaniya Bundesliqasının 33-cü turunun “Borussiya Dortmund” və “Ayntraxt Frankfurt” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz xəbr verir ki, oyun “Dortmund” stadionunda oynanılı və 3:2 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatıb.

Qonaq yarımmüdafiəçi Can Uzun 2-ci dəqiqədə hesabı açıb. İlk hissənin sonlarında ev sahibi hücumçu Seru Girassi hesabı bərabərləşdirib. 45+1-ci dəqiqədə müdafiəçi Niko Şlotterbek “Borussiya”nı irəli çıxarıb. 72-ci dəqiqədə hücumçu Samuele İnasio “Borussiya”nın üstünlüyünü artırıb. 87-ci dəqiqədə hücumçu Conatan Burkardt hesab arasındakı fərqi azaldıb.

Bu qələbə ilə “Borussiya” 70 xal toplayıb. İkinci yerdə gedən komanda artıq özünə gümüş medalları təmin edib. Üçüncü yerdəki “RB Leypsiq”in 62 xalı var və artıq “Borussiya”ya çata bilməz.

İdman.Biz