“Levante” “Osasuna” üzərində vacib qələbə qazanıb - VİDEO

9 May 2026 01:17
115
“Levante” “Osasuna” üzərində vacib qələbə qazanıb

La Liqanın 35-ci turunda “Levante” “Osasuna”nı qəbul edib.

İdman.Biz bildirir ki, oyun 3:2 “Levante”nin xeyrinə qurtarıb.

Hesabı 3-cü dəqiqədə qonaqlardan Ceremi Tolyan açıb. 11-ci dəqiqədə Ante Budimir fərqi iki topa çatdırıb. 35-ci dəqiqədə Viktor Qarsiya hesab arasındakı fərqi azaldıb. 37-ci dəqiqədə Qarsiya ikinci qolunu vurub. 90-cı dəqiqədə meydan sahiblərindən Karl Eduard Etta Eyonq “Levante”nin qələbə topuna imza atıb.

Bu qələbə ilə “Levante” 36 xalla Primerada 18-ci yerə yüksəlib. 42 xalla “Osasuna” onuncu yerdədir.

İdman.Biz
Məqalədə: