Kristian Kivu: “İki nəsil arasında müqayisə aparmaq mümkün deyil”

10 May 2026 05:12
312
Kristian Kivu: “İki nəsil arasında müqayisə aparmaq mümkün deyil”

“İnter”in baş məşqçisi Kristian Kivu klubun keçmiş məşqçisi Joze Mourinyonun şərhlərinə cavab verib.

İdman.Biz bildirir ki, portuqaliyalı məşqçi daha əvvəl hazırkı “İnter” oyunçularından heç birinin onun komandasında oynaya bilməyəcəyini bildirmişdi.

“Mourinyonun şərhləri? Ondan soruşun. Mən bu komandada oynamaq şanslı idim. Əminəm ki, iki nəsil arasında müqayisə aparmaq mümkün deyil; 16 ildə çox şey dəyişib. Amma bu “İnter”, 2010-cu il komandası kimi, azarkeşlərinə sevinc gətirir və ən vacib şey budur. Gəlin rəqəmlər və sorğular haqqında deyil, bu ilki Skudetto və İtaliya Kuboku finalı haqqında danışaq”, - DAZN Kivunun sözlərini sitat gətirir.

Mourinyonun rəhbərliyi altında “İnter” iki dəfə Seriya A, eləcə də Çempionlar Liqası, İtaliya Kuboku və İtaliya Superkubokunu qazanıb.

Bu mövsüm "İnter" Seriya A titulunu 35-ci turda qazanıb. Komanda hazırda turnir cədvəlində 85 xalla liderdir. 13 mayda milanlılar İtaliya Kubokunun finalında “Latsio” ilə qarşılaşacaqlar.

İdman.Biz