Mourinyo: “Portuqaliya bu dünya çempionatını qazana bilər”

10 May 2026 09:36
86
Mourinyo: “Portuqaliya bu dünya çempionatını qazana bilər”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin 2026-cı il dünya çempionatında nə dərəcədə uğurlu çıxış edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

İdman.Biz bildirir ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

“Portuqaliya hər şey edə bilər. Onların inanılmaz bir nəsli var; keçən il Millətlər Liqasını qazanıblar. 2016-cı ildə Avropa çempionatını qazandılar; bu nəsil texniki cəhətdən əvvəlkindən daha üstündür. Əlbəttə ki, Karlo Ançelottinin Braziliyası var, Argentina var, amma Portuqaliya bu dünya çempionatını qazana bilər”, - Mourinyo deyib.

İdman.Biz