Bu gün futbol üzrə Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək ikinci oyunda “Neftçi” “Şamaxı” ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, saat 19:30-da start götürəcək qarşılaşmanı Tural Qurbanov idarə edəcək.
“Neftçi” hazırda 50 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. “Şamaxı” isə 30 xalla səkkizincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 31-ci tur
10 may (bazar)
19:30. “Neftçi”- “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Palms Sports Arena
