“Yuventus” Bernardu Silvanın “Barselona”ya keçmək niyyətinin qarşısını almağa çalışır

10 May 2026 10:32
153
“Yuventus” Bernardu Silvanın “Barselona”ya keçmək niyyətinin qarşısını almağa çalışır

“Yuventus” “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silvanı transfer etmək üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu cari mövsümün sonunda azad agent statusu qazanacaq. 31 yaşlı oyunçunun əsas istəyinin “Barselona”ya keçmək olduğu bildirilsə də, hazırda onun transferi üçün daha fəal çalışan tərəf “Yuventus”dur.

“Şəhərlilər”in kapitanı Turin klubunun əsas transfer hədəfidir. “Qoca sinyora” futbolçuya yüksək maaş və 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif edib. Sazişin daha bir il uzadılması variantı da mövcuddur.

Bernardu Silva bu mövsüm “Mançester Siti”nin heyətində 49 oyuna çıxıb, üç qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz