Kolumbiya millisinin üzvü Xames Rodriqes yaxın günlərdə “Minnesota Yunayted”lə yollarını ayıracaq.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 34 yaşlı futbolçu yenidən azad agent statusu alacaq.
Buna baxmayaraq, onun Kolumbiya millisinin heyətində dünya çempionatında çıxış etməsinə maneə olmayacağı bildirilir. MLS təmsilçisinin formasını cəmi üç aydan bir qədər çox geyinən Rodriqes bu müddətdə 6 oyunda iştirak edib və məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Bundan əvvəl sabiq “Real Madrid" ulduzunun qarşıdakı dünya çempionatından sonra futbolçu karyerasını başa vura biləcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Kolumbiya millisi DÇ-2026-nın qrup mərhələsində Özbəkistan, Konqo Demokratik Respublikası və Portuqaliya ilə qarşılaşacaq.
