Futbol üzrə Çexiya çempionatında baş tutmuş Praqa derbisi zamanı “Slaviya” azarkeşləri pirotexniki vasitələrlə meydana daxil olaraq “Sparta”nın futbolçularına hücum çəkiblər.
İdman.Biz xəbər verir ki, insident matçın sonlarında, hesab 3:2 “Slaviya”nın xeyrinə olarkən qeydə alınıb.
Baş vermiş insidentlə əlaqədar olaraq baş hakim qarşılaşmanı dayandırmaq məcburiyyətində qalıb. Sonradan "Sparta"nın oyunçuları meydana qayıtmaqdan imtina etdikləri üçün görüş yarımçıq yekunlaşıb.
Məlumata görə, hazırda "Slaviya"nı 0:3 hesablı texniki məğlubiyyət təhlükəsi gözləyir.
