Çempionlar Liqasının 16 iştirakçısı müəyyənləşdi

10 May 2026 12:12
155
Çempionlar Liqasının 16 iştirakçısı müəyyənləşdi

2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasının ümumi mərhələsinin daha iki iştirakçısı bəlli olub.

İdman.Biz xəbər verir ki, Almaniya Bundesliqasında 3-cü yeri təmin edən “RB Leyptsiq” və Türkiyə çempionu olan “Qalatasaray” turnirə vəsiqə qazanıb.

Hazırda Çempionlar Liqasının ümumi mərhələsində iştirakı dəqiqləşən 16 klub bunlardır:

“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “İnter”, “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Bavariya”, Dortmund “Borussiya”sı, “RB Leyptsiq”, PSJ, “Lans”, PSV, “Portu” və “Qalatasaray”.

Qeyd edək ki, Çempionlar Liqasının ümumi mərhələsində ümumilikdə 36 komanda iştirak edəcək. Daha 7 vəsiqənin sahibi isə təsnifat mərhələsində müəyyənləşəcək.

İdman.Biz