Güləşçimiz Avropa çempionatının finalında - YENİLƏNİB

12 May 2026 19:05
1 251
Güləşçimiz Avropa çempionatının finalında - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

İdman.Biz bildirir ki, Əli Cavadlı (45 kq) çempionatın yarımfinalında Gürcüstan təmsilçisi Luka Bolkvadze ilə qarşılaşıb. Təmsilçimiz 7:6 qalib gələrək finala yüksəlib.

Hüseyn Mustafazadə (51 kq) ilkin mərhələdə belaruslu Timafey Semyanenkaya 9:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı İnal Temersultanova minimal fərqlə məğlub olub – 6:7. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşdə isveçrəli Tristan Bernetlə üz-üzə gələcək.

Elmir Çərkəzov (60 kq) 1/8 finalda almaniyalı Kristiano Libzaytə 1:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Elmir təsəlliverici görüşə çıxacaq. Rəqib avstriyalı Lionel Vinter olacaq.

Zöhrab Səfərov (92 kq) isə yarımfinalda erməni güləşçi Aleksan Şalyanla qarşılaşıb. Səfərov 0:6 hesabı ilə uduzub və sabah bürünc medal uğrunda güləşəcək.

15:48

Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Mustafazadə 1/4 final mərhələsində rusiyalı İnal Temersultanovla qarşılaşıb. Gərgin keçən görüşdə güləşçimiz 6:7 hesabıyla məğlub olub.

92 kq-da çıxış edən Zöhrab Səfərov isə uğurlu nəticəyə imza atıb. O, gürcüstanlı Vaxtanq Meparişvilini 5:2 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatının yarımfinalında Gürcüstan təmsilçisi Luka Bolkvadze ilə qarşılaşacaq.

Digər təmsilçimiz Zöhrab Səfərov (92 kq) isə yarımfinalda erməni güləşçi Aleksan Şalyanla qarşılaşacaq.

U-17 Avropa çempionatının yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Yarış mayın 17-də başa çatacaq.

14:11

Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatında növbəti görüşlərinə çıxıblar.

İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı uğurlu çıxışını davam etdirib. O, ermənistanlı Vazgen Vardanyana 7:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

92 kq-da çıxış edən Zöhrab Səfərov da qələbə qazanıb. Güləşçimiz almaniyalı Maks Peter Baumaysteri 6:3 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə əldə edib.

60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Çərkəzov isə səkkizdəbir finalda Almaniya təmsilçisi Kristiano Libzaytə 1:6 hesabı ilə uduzub.

13:36

Azərbaycanın yunan-Roma güləşçisi Hüseyn Mustafazadə (51 kq) Bolqarıstanın Samakov şəhərində U-17 Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, idmançımız belaruslu Timafey Semyanenkaya 9:8 hesabıyla qalib gəlib.

Bu nəticə ilə H.Mustafazadə 1/4 finala yüksəlib.

Bundan əvvəl Əli Cavadlı (45 kq) da 1/4 finala vəsiqə əldə etmişdi.

13:00

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında mübarizəni davam etdiriblər.

İdman.Biz xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən Əli Cavadlı təsnifat mərhələsində ukraynalı Vladislav Veliçkoya 3:8 hesabı ilə məğlub olub.

71 kq-da mübarizə aparan Əli Məmmədov isə rusiyalı Vladimir Avakyanla qarşılaşmada rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək 1/8 final mərhələsinə yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən Orxan Həbibli təsəlliverici görüşdə yunanıstanlı Dionisios Bulutidisi 9:0 hesabı ilə məğlub edib. O, bu nəticə ilə axşam seansında bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.

12:27

Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Əli Cavadlı (45 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının ikinci günündə uğurlu nəticə qazanıb.

İdman.Biz xəbər verir ki, güləşçimiz bolqarıstanlı Tzvetan Nikolovu 8:0 hesabı ilə tam üstünlüklə məğlub edərək 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.

İdman.Biz