Hacı Əliyev ABŞ arenasına çıxmağa hazırlaşır

9 May 2026 17:34
119
Hacı Əliyev ABŞ arenasına çıxmağa hazırlaşır

Azərbaycanın güləş üzrə ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev yeni karyera addımı atıb.

İdman.Biz xəbər verir ki, bir müddət öncə mayor rütbəsi alan təcrübəli idmançı ABŞ-də fəaliyyət göstərən "RAF Wrestling" ilə müqavilə imzalayıb.

Tərəflər arasında əldə olunan razılaşmanın detalları açıqlanmasa da, Hacı Əliyevin yaxın vaxtlarda təşkilatın turnirlərində iştirak edəcəyi gözlənilir.

İdman.Biz