Fransa millisinin baş məşqçisi Didye Deşam italyan jurnalistin “Skuadra Adzurra”ya potensial təyinatı ilə bağlı sualını cavablandırıb.
İdman.Biz xəbər verir ki, 57 yaşlı məşqçi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Fransa millisindən ayrılacağını açıqlamışdı.
“Tezliklə sərbəst olacağam, bunu hamı bilir. Heç nəyi istisna etmirəm. Hazırda planlarımda bu yoxdur. Görək sonra nə olacaq”, - deyə “RMC Sport” Deşamdan sitat gətirib.
Fransalı məşqçi 2012-ci ilin yayından bəri milli komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında Fransa 2018-ci il dünya çempionu olub və DÇ-2022-nin finalına çıxaraq orada Argentinaya məğlub olub.
