Azərbaycan Premyer Liqası: “Qarabağ” “İmişli”yə qarşı

16 May 2026 09:35
176
Azərbaycan Premyer Liqası: “Qarabağ” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində ikinci qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionuda baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Qarabağ” “İmişli”ni qəbul edəcək.

Oyun saat 17:00-da başlayacaq. “Qarabağ” 63 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 33 xala malik “İmişli” isə doqquzuncudur.

Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
16 may (şənbə)
17:00. “Qarabağ” - “İmişli”

Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: