Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu nəticələr qazanıblar.
İdman.Biz xəbər verir ki, Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarova 2:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridzeyə tam üstünlüklə - 9:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək 1/8 finala yüksəlib.
Nihad Süleymanlı (80 kq) isə gürcüstanlı Rati Revazaşviliyə 7:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə adlayıb.
11:53
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında çıxış edib.
İdman.Biz xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Simurə Abdullayeva təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabı ilə məğlub olub.
11:36
Bu gün Azərbaycanın sərbəst güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında görüşləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, təsnifat mərhələsində Hüseyn Rzazadə (48 kq) Gürcüstanlı Laşa Koridze, Rəşid Nazarov (65 kq) Gürcüstanlı Bidzina Jintçaradze, Nihad Süleymanlı (80 kq) Gürcüstanlı Rati Revazaşvili və Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarov ilə, 1/8 finalda isə Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit ilə qarşılaşacaq.
Qeyd edək ki, qadın güləşçimiz Simurə Abdullayeva da (69 kq) Bolqarıstanda keçirilən U-17 Avropa çempionatında təsəlliverici görüşə çıxacaq. O, rusiyalı Polina Yefimova ilə qarşılaşacaq.
Yarış mayın 17-də başa çatacaq.
