Rusiya güləşçiləri ilə bağlı bütün məhdudiyyətlər ləğv olundu

15 May 2026 13:32
126
Rusiya güləşçiləri ilə bağlı bütün məhdudiyyətlər ləğv olundu

Güləş üzrə Rusiya idmançıları “United World Wrestling”in (UWW) beynəlxalq yarışlarında tam statusla iştirak edə biləcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyaryov məlumat yayıb. Onun sözlərinə görə, UWW Bürosu bütün yaş kateqoriyalarında Rusiya idmançılarının beynəlxalq turnirlərə heç bir məhdudiyyət olmadan buraxılması barədə qərar qəbul edib.

Qərara əsasən, rusiyalı güləşçilər milli komandanın heyətində, dövlət bayrağı və himni altında çıxış edə biləcəklər. Daha əvvəl UWW Rusiya idmançılarını 23 yaşadək kateqoriyalarda yarışlara buraxmışdı.

Deqtyaryov bildirib ki, güləş Rusiya üçün ən çox medal gətirən istiqamətlərdən biridir. O, UWW-nin sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi və digər növləri birləşdirdiyini xatırladıb.

Daha əvvəl Rusiya idmançılarının cüdo, sambo, taekvondo, kikboksinq, muay-tay, boks, MMA və su idmanı üzrə beynəlxalq yarışlara tam statusla buraxıldığı qeyd olunur.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 7 mayda Belarus idmançıları ilə bağlı məhdudiyyətləri ləğv etsə də, Rusiya Olimpiya Komitəsinin statusu ilə bağlı məsələnin hələ araşdırıldığını açıqlamışdı.

İdman.Biz