Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qarşı

17 May 2026 10:05
150
Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək ikinci qarşılaşma “Bank Respublika Arena”da baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Sabah” “Neftçi”ni qəbul edəcək.

Oyun saat 18:00-da başlayacaq. “Sabah” 75 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. 53 xala malik “Neftçi” isə dördüncüdür.

Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
17 may (bazar)
18:00. “Sabah” - “Neftçi”

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bank Respublika Arena”

İdman.Biz
Məqalədə: