Almaniyalı futbol hakimi Deniz Aytekin 18 illik Bundesliqa karyerasını başa vurdu.
İdman.Biz xəbər verir ki, təcrübəli referi 2025/26 mövsümünün son oyununda hakimlik fəaliyyətini dayandırdı. Bundesliqanın rəsmi məlumatına görə, Aytekin 2008-ci ildən Almaniya çempionatının oyunlarını idarə edir.
47 yaşlı hakimin son oyunu “Bavariya” və “Köln” arasında keçirilən matç olub. Bu qarşılaşma onun Almaniyanın yüksək liqasında 254-cü qarşılaşması idi.
