Ayxan Abbasov azarkeşlərlə vidalaşdı - VİDEO

17 May 2026 10:42
165
Ayxan Abbasov azarkeşlərlə vidalaşdı - VİDEO

Azərbaycanın “Şamaxı” futbol komandasından ayrılacağı gözlənilən baş məşqçi Ayxan Abbasov klubun azarkeşləri ilə vida edib.

İdman.Biz xəbər verir ki, bu, Misli Premyer Liqasının 32-ci turunda, “Şamaxı”nın mövsümdəki son ev oyunundan sonra baş verib. Ayxan Abbasovun komandası həmin qarşılaşmada “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.

Final fitindən dərhal sonra təcrübəli mütəxəssis tribunaya yaxınlaşıb. O, “Şamaxı” azarkeşləri ilə vidalaşıb, fanatlar isə baş məşqçini alqışlarla yola salıblar.

Azərbaycan millisinin də baş məşqçisi olan Ayxan Abbasovun yeni mövsümdə klub səviyyəsində fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə rəsmi məlumat yoxdur.

İdman.Biz