Portuqaliyanın “Benfika” futbol klubunun baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı qərarını hələ vermədiyini, amma komandada qalmaq ehtimalının çox yüksək olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Portuqaliya çempionatının 34-cü turunda “Eştoril” üzərində 3:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb. Mourinyo “Benfika”dan müqaviləni uzatmaq təklifi aldığını və buna görə kluba minnətdar olduğunu deyib.
“Qalacağam, yoxsa gedəcəyəm? Bilmirəm. “Benfika”dan müqaviləni uzatmaq təklifim var və buna görə kluba minnətdaram. “Real Madrid”də Jorje Mendeşlə rəhbərlik arasında danışıqlar gedir, amma hələ heç nə imzalanmayıb. “Benfika”da qalmağım üçün 99 faiz ehtimal var, çünki müqaviləmin bitməsinə bir il qalıb və uzatma təklifi maraqlı görünür”, - deyə Mourinyo bildirib.
“Reuters”in məlumatına görə, 63 yaşlı mütəxəssis “Real Madrid”lə birbaşa təklif olmadığını, amma agentinin İspaniya klubu ilə təmasda olduğunu təsdiqləyib. Mourinyo qərar vermək üçün zamana ehtiyac duyduğunu və bu həftənin onun gələcəyi baxımından vacib olacağını vurğulayıb.
“Benfika” Mourinyonun təyinatından sonra Portuqaliya çempionatında heç bir matçda uduzmayıb. Lissabon təmsilçisi 23 qələbə və 11 heç-heçə ilə mövsümü 80 xalla üçüncü pillədə başa vurub.
